Tovbə - 9:29 Özlərinə kitab verilənlər arasından, Allaha və Axirət gününə iman etməyən, Allahın və Elçisinin qadağan etdiyini qadağan etməyən və gerçək dinə tabe olmayan kimsələrlə boyunlarını əyib əlləriylə vergi verincəyə qədər savaşın.
Kitab əhli arasında iman edənlər:
Ali İmran/3:113 Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Ali İmran/3:114 Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.
Ali İmran/3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.

Maidə/5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:83 Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."

Ali İmran/3:110 Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.

Hədid/57:27 Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.

Bəqərə/2:62 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.