Tovbə - 9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
Kim iman etdikdən sonra inkar edərsə:
Ali İmran/3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.
Ali İmran/3:91 İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.

Bəqərə/2:161 İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Bəqərə/2:162 Orada əbədi qalacaqlar. Əzabları yüngülləşdirilməz, onlara başqa bir şans da verilməyəcəkdir.

Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."

Nisa/4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.

Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Maidə/5:114 Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
Maidə/5:115 Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."

Tovbə/9:65 Onlardan soruşsan, "Biz sadəcə zarafatlaşıb, oynayırdıq," deyərlər. De ki: "Siz, Allah ilə, ayələriylə və elçisiylə istehzamı edirsiniz?!"
Tovbə/9:66 Üzr diləməyin! Siz iman etdikdən sonra inkar etdiniz. Sizdən bir qismini əfv etsək belə, günah işlədikləri üçün bir qismini cəzalandıracağıq.
Tovbə/9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.

Əraf/7:89 "Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.

Muhəmməd/47:1 İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
Muhəmməd/47:32 İnkar edib Allahın yolundan sapanlar və özlərinə doğru yol bəlli olduqdan sonra elçiyə qarşı gələnlər Allaha heç bir zərər verə bilməzlər. Əksinə, onların etdiklərini keçərsiz qılacaqdır.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.