Tovbə - 9:85 Paraları (pulları) və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünyada cəzalandırmaq və canlarının inkarçılar olaraq çıxmasını istəyir.
İnkar edib, inkarçı olaraq ölənlərin vəziyyəti necədir?
Ali İmran/3:91 İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.

Bəqərə/2:161 İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Bəqərə/2:217 Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.

Ali İmran/3:86 İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Ali İmran/3:87 Onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Ali İmran/3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.
Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."

Nisa/4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.

Maidə/5:112 Həvarilər, "Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir ziyafət verə bilərmi?" - demişdilər. "İman edirsinizsə, Allaha ehtiram edin," - demişdi.
Maidə/5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."
Maidə/5:114 Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
Maidə/5:115 Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."

Tovbə/9:66 Üzr diləməyin! Siz iman etdikdən sonra inkar etdiniz. Sizdən bir qismini əfv etsək belə, günah işlədikləri üçün bir qismini cəzalandıracağıq.

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.

Nur/24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.

Muhəmməd/47:34 İnkar edib Allahın yolundan azdıqdan sonra inkarçılar olaraq ölənləri Allah bağışlamayacaqdır.
Muhəmməd/47:34 İnkar edib Allahın yolundan azdıqdan sonra inkarçılar olaraq ölənləri Allah bağışlamayacaqdır.

Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.