Tovbə - 9:96 Onlardan razı olasınız deyə and içirlər. Onlardan razı olsanız belə, Allah yoldan çıxmış camaatlardan razı olmaz.
Andlarından sui-istifadə edən münafiqlər / ikiüzlülər:
Nisa/4:61 Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.
Nisa/4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
Nisa/4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.

Tovbə/9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:61 Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."
Tovbə/9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.
Tovbə/9:73 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
Tovbə/9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
Tovbə/9:94 (Savaşdan gəlib) onlara döndüyünüzdə sizə üzrlər sayarlar. De ki: "Boşuna üzr saymayın; sizə artıq inanmırıq, Allah durumunuzu bizə bildirmişdir. Allah və elçisi sizin işlərinizi görəcək və sonra da gizlini və açığı Bilənin hüzuruna döndəriləcəksiniz. O etdikləriniz hər şeyi sizə bildirəcəkdir.
Tovbə/9:95 Onlara döndüyünüz zaman, onlardan vaz keçəsiniz deyə Allaha and içərlər. Onlardan vaz keç. Onlar kirlidir. Qazandıqlarına qarşılıq, yerləri cəhənnəmdir.
Tovbə/9:96 Onlardan razı olasınız deyə and içirlər. Onlardan razı olsanız belə, Allah yoldan çıxmış camaatlardan razı olmaz.

Bəqərə/2:224 İnsanlar arasında yaxşı, müttəqi və dürüst görünmək üçün Allahı andlarınıza alət etməyin. Allah Eşidir, Bilir!

Nur/24:53 Onlara əmr etdiyin təqdirdə çıxacaqlarına dair andlarının ən ciddi olanı ilə Allaha and içdilər. De ki, "And içməyin. Necə itaət etdiyiniz ortadadır. Allah etdiyiniz hər şeydən xəbərdardır."

Tovbə/9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:43 Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Ənkəbut/29:12 İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.

Mucadilə/58:16 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.