Tovbə - 9:98 Bəzi Ərəblər, yardımlarını bir itki və marağsız görülən iş sayar və sizin üçün fəlakətlər gözləyirlər. Ən pis fəlakətlər onlar üçündür. Allah Eşidəndir, Biləndir.
İkiüzlülər iman edənlərə pislik etməkdən geri çəkilməz:
Tovbə/9:107 Zərər vermək, inkarçılığı tətbiq etmək, iman edənlərin arasını açmaq (pozmaq) və öncədən Allah və elçisi ilə savaşmış olanlara bir qorunma yeri hazırlamaq üçün məscid istifadə edənlər də var. "Məqsədimiz sadəcə yaxşılıqdır," deyə and içərlər. Allah onların yalançılığına şahiddir.
Tovbə/9:98 Bəzi Ərəblər, yardımlarını bir itki və marağsız görülən iş sayar və sizin üçün fəlakətlər gözləyirlər. Ən pis fəlakətlər onlar üçündür. Allah Eşidəndir, Biləndir.
Tovbə/9:50 Sənə bir yaxşılıq toxunsa onları üzər, sənə bir pislik toxunsa, "Biz öncədən tədbir almışdıq," deyərlər və sevinc içində dönüb gedərlər.

Ali İmran/3:118 Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,
Ali İmran/3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.
Ali İmran/3:120 Sizə bir yaxşılıq toxunsa onlar üzülər, başınıza bir pislik gəlsə ona sevinərlər. Çətinliklərə qarşı müqavimət göstərər və müttəqi davranarsanız intriqaları sizə heç bir zərər verməz. Allah (onların) bütün etdiklərini kontrol edər.

Nisa/4:91 Həm sizinlə, həm də öz camaatıyla güvən içində olmaq istəyən bir başqa qrupla rastlaşacaqsınız. Nə vaxt fəsada çağırılsalar içinə dalarlar. Sizdən aralanıb geri çəkilməz, sülh etmək istəməz və əllərini sizdən çəkməzlərsə qarşılaşdığınız yerdə onları öldürə bilərsiniz. Belələrinə qarşı sizə açıq-aşkar səlahiyyət verdik.

Tovbə/9:46 Savaşa çıxmaq istəsəydilər, onun üçün bir hazırlıq edərdilər. Fəqət Allah onların qatılmalarını istəmədi və onları ürəksiz və istəksiz etdi. Onlara, "Oturanlarla birlikdə oturun," deyildi.
Tovbə/9:47 Sizinlə çıxsaydılar, sizə yalnız qarışıqlıq qatardılar, aranıza fitnə və mübahisə salardılar. İçinizdə də onları dinləyənlər var. Allah zalımları çox yaxşı Bilir.
Tovbə/9:48 Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.
Tovbə/9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:67 İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.

Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14 Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Əhzab/33:20 Partiyaların (tərəflərin) getmədiyini sanırlar. Partiyalar təkrar gəlsə, özlərinin çöldəki bədəvi Ərəblər arasında olmağı və sizin xəbərlərinizi uzaqdan soruşmağı istəyərdilər. Əgər aranızda olmuş olsaydılar, çox az savaşardılar.

Mucadilə/58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!

Həşr/59:16 Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.
Munafiqun/63:8 "Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.

Fəth/48:12 Əslində siz, elçinin və iman edənlərin əbədi olaraq ailələrinə dönməyəcəklərini sandınız və bu düşüncə könlünüzə xoş gəlmişdi. Pis xəyallar qururdunuz və axırda bayağı bir topluluq oldunuz.

Həşr/59:8 Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.
Həşr/59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.