بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
11:1 Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
11:2 (Ona görə) ki, Allahdan başqasına qulluq/xidmət etməyin. Şübhəsiz mən, Onun tərəfindən sizə bir xəbərdarlıq edən və müjdə verənəm.
11:3 Rəbbinizin bağışlamasını diləyib, Ona tövbə etməlisiniz. O zaman, sizi bəlli bir vaxta qədər gözəlcə keçindirər və layiq olan hər kəsə də lütfündən verər. Dönərsəniz, sizin üçün böyük günün əzabından qorxuram.
11:5 Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.
11:6 Yer üzündə elə bir canlı (məxluq) yoxdur ki, ruzisi Allah tərəfindən təmin edilməsin. Onların qalacaqları və uğrayacaq yerlərini bilir. Bütün bunlar açıq-aşkar bir kitabdadır.
11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
11:8 Onlardan əzabı müəyyən bir vaxt üçün təxirə salsaq, "Onu saxlayan nədir?" deyərlər. Doğrusu, onlara gəldiyi gün, onlardan geri çevrilə bilməz və istehza etdikləri şey onları bürüyəcəkdir.
11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.
11:10 Ona toxunan zərərlərdən sonra ona nemətlər daddırsaq, "Pisliklər (çətinliklər) məndən getdi," deyər. Bu dəfə sevinclidir, təkəbbürlüdür.
11:11 Səbr edənlər və müttəqi işlər görənlərə isə, onlar üçün bir bağışlanma və böyük bir mükafat vardır.
11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
11:14 Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?
11:15 Kim dünya həyatını və onun bərbəzəyini (komfortunu) axtararsa, etdiklərinin qarşılığını orada tam ödəyərik və onlar orada heç bir əskikliyə uğradılmazlar.
11:16 Bunlar üçün axirətdə, yalnız atəş vardır. Etdiklərinin hamısı orada boşa çıxmışdır. Bütün etdikləri keçərsizdir.
11:17 Daha öncə Musanın kitabı bir öndər və rəhmət olduğu halda, indi Rəblərindən gələn bir şahidin gətirdiyi qəti bir dəlilə sahib olanlar ki var, bax onlar ona iman edərlər. Hansı qrup onu inkar edərsə yeri atəşdir. Ondan heç bir şübhən olmasın. O, Rəbbindən gələn bir gerçəkdir. Halbuki insanların əksəriyyəti iman etməz.
11:18 Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
11:19 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
11:20 Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.