بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
13:21 Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.
13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
13:23 Ədn cənnətlərinə girərlər. Atalarından, zövcələrindən və soylarından yaxşı olanlar da onunla bərabərdir. Mələklər də hər qapıdan yanlarına daxil olarlar.
13:24 "Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."
13:25 Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
13:26 Allah istədiyinə ruzini açar və ya azaldar. Onlar dünya həyatı ilə sevindilər, halbuki bu dünya həyatı axirət ilə müqayisə edildiyində bir dolanacaqdan ibarətdir.
13:27 İnkar edənlər: "Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" deyirlər. De ki: "Allah istəyəni azdırır və yönələni doğruya yetişdirir."
13:28 Onlar ki, iman edirlər və qəlbləri Allahı xatırlamaqla hüzur tapır. Biləsiniz ki, qəlblər Allahı xatırlamaqla rahatlaşır.
13:29 İman edənlər, müttəqi bir həyat sürənlər üçün müjdə və ən gözəl dönüş yeri vardır.
13:30 Daha əvvəlki camaatlara olduğu kimi, səni də bu camaata göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhmana qarşı nankorluq edirlər. De ki: "Odur mənim Rəbbim; Ondan başqa tanrı yoxdur. Ona güvəndim; dönüş Onadır."
13:31 Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
13:32 Səndən əvvəlki elçilərə də istehza edildi. İnkar edənlərə fürsət verdim və axırda onları yaxaladım. Nəticə necə idi?
13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.
13:34 Onlar dünya həyatında əzaba layiq olanlardır. Axirət əzabı isə daha pisdir. Onları Allahdan kimsə qurtara bilməz.
13:35 Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.
13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."
13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
13:38 Səndən öncə elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi bir möcüzə gətirə bilməz. Hər dövrün bir yazısı vardır.
13:40 Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.