بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."
14:22 Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
14:23 İman edən və müttəqi davrananlar, içindən çaylar axan cənnətlərə daxil edilmişlərdir. Rəblərinin izni ilə orada daimi qalarlar. Oradakı həyat təmənniləri, "Salamdır."
14:24 Görmürsənmi ki, Allah gözəl bir sözü, gözəl bir ağaca bənzədir? Kökü sabit, budaqları isə göydədir.
14:25 Rəbbinin izni ilə hər mövsüm meyvələrini verir. Öyüd almaları üçün Allah insanlara bu cür örnəklər verir.
14:27 Allah iman edənləri dünya həyatında da, axirətdə də sübut olunmuş sözlə dəstəkləyər. Allah zalımları isə azdırır və Allah istədiyini edər.
14:28 Allahın nemətini nankorluqla qarşılayaraq xalqlarını fəlakət yurduna məhkum edənləri görmədinmi?
14:30 Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşdular. De ki: "Bir az əylənin, son yolçuluğunuz atəşə olacaqdır."
14:31 İman edən qullarıma söylə, alış-verişin və dostluğun olmadığı gün gəlmədən öncə namazı qorusunlar, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq yardım üçün versinlər.
14:32 Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.
14:33 Görəvlərini gecikdirməyən günəşi və ayı xidmətinizə sundu, gecəni və gündüzü də xidmətinizə sundu.
14:34 Ondan nə istədinizsə sizə verdi. Allahın nemətlərini saysanız, bitirə bilməzsiniz. İnsan oğlu gerçəkdən çox zalımdır, çox nankordur.
14:35 Bir zaman İbrahim demişdi ki: "Rəbbim! Bu şəhəri güvənli et, məni və övladlarımı bütlərə qulluq/xidmət etməkdən qoru."
14:36 "Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."
14:37 "Rəbbimiz, mən övladlarımdan bəzisini, Müqəddəs Evinin yanındakı əkinsiz bir əraziyə yerləşdirdim. Rəbbimiz, onlar namazı qorusunlar deyə... İnsanların könüllərini onlara qarşı sevgi ilə doldur və onları məhsullarla ruziləndir ki, şükür etsinlər."
14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.
14:39 "Qocalıq vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha təriflər olsun. Rəbbim, dualarımı eşidir."
14:40 "Rəbbim, məni namazı qoruyan biri et, övladlarımı da... Rəbbimiz dualarımı qəbul et."