بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
15:21 Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.
15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
15:28 Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.
15:29 "Onu hazırlayıb ona ruhumdan üfürdüyüm zaman dərhal onun üçün səcdəyə varın," demişdi.
15:32 Dedi ki: "Səni səcdə edənlərlə bərabər olmaqdan uzaq tutan şey nədir, İblis?"
15:33 Dedi ki: "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan yaratdığın insana səcdə edən deyiləm."
15:39 (İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."