بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:1 Allahın əmri gəlmişdir, elə isə tələsmə. Onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
16:2 Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."
16:3 Göyləri və yeri gerçək ilə yaratdı. Onların ortaq qoşduqları şeylərdən Ucadır.
16:4 İnsanı kiçik bir damcıdan yaratdı, fəqət buna rəğmən o, açıq-aşkar bir düşmən kəsildi.
16:5 Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
16:6 Ayrıca boş zamanlarınızda və səyahətlərinizdə sizin üçün onlarda bir komfort və zövq vardır.
16:7 Və sizin yüklərinizi də, öz-özünüzə ancaq çətinliklə apara biləcəyiniz bölgələrə daşıyırlar. Rəbbiniz əlbəttə Raufdur, Rəhmlidir.
16:8 Minməyiniz və əylənməyiniz üçün atları, qatırları və eşşəkləri yaratdı və daha bilmədiyiniz bir çox şeyi də yaradır.
16:9 Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
16:10 O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
16:11 Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
16:12 Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
16:13 Və sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
16:18 Allahın nemətini saysanız, (sayıb) bitirə bilməzsiniz. Allah Bağışlayandır, Rəhmlidir.
16:20 Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.