بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:101 Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.
17:102 "Göylərin və yerin Rəbbindən başqasının bu dəlilləri endirmədiyini yaxşı bilirsən. Firon, səni məhv olmuş biri olaraq görürəm!"
17:103 (Firon) onları ölkədən çıxartmaq istəyincə də onu və bərabərindəkiləri toplu şəkildə suda boğduq.
17:104 Ondan sonra İsrail oğullarına, "Bu ölkədə məskunlaşın! Verilən son söz gəldiyində sizi bir araya toplayacağıq," dedik.
17:105 Gerçəkdən onu Biz nazil etdik və o gerçək ilə nazil oldu. Səni də ancaq bir müjdələyici və xəbərdarlıq edən olaraq göndərdik.
17:106 Uzun bir zaman ərzində insanlara oxumağın üçün ayırdığımız bir Qurandır. Onu toplu şəkildə nazil etmişdik.
17:107 De ki: "Ona istər iman edin, istər iman etməyin!" Daha öncə özlərinə bilgi verilənlərə oxunduğu zaman səcdə edərək üzüstə qapanırlar.
17:109 Ağlayaraq üzüstə qapanırlar; çünki o (ayələr) onların (Allaha olan) hörmətini artırır.
17:110 De ki: "İstər Allah deyə çağırın, istər Rəhman deyə çağırın. Hansı ilə çağırarsanız, bütün gözəl isimlər Onundur." Namazında nə elan et, nə də gizlə; ikisinin arasında bir yol tut.
17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.