بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:21 Beləcə, onları (insanlara) tapdırdıq ki, Allahın sözünün gerçək olduğunu öyrənsinlər və Saat (dünyanın sonu) barəsində də şübhələri qalmasın. İnsanlar öz aralarında  onların vəziyyətini mübahisə edərkən, bir qismi: "Onların üzərində bir bina tikin," dedi. Rəbləri onları daha yaxşı bilir. Onların vəziyyətinə qərar vermə səlahiyyətini əllərinə keçirənlər: "Onların üstündə bir məscid tikəcəyik," dedilər.
18:22 Təxmini fikir yürüdənlərin bəziləri: "Onlar üçdür, dördüncüləri itləridir!" deyərkən, digərləri də: "Beşdir, altıncıları itləridir!" deyəcəklər. Başqaları isə: "Yeddidir, səkkizinciləri itləridir!" deyəcəklər. De ki: "Onların sayını ən yaxşı bilən Rəbbimdir." Onları bilən azdır! Onlarla səthi olması xaric mübahisəyə girmə və onlardan heç kimsə ilə də bu mövzunu məsləhətləşmə.
18:24 Ancaq: "Allah istəyərsə (edəcəyəm)," deyərək Rəbbini xatırla. Unudarsansa, o zaman da, "Bəlkə Rəbbim növbəti dəfə məni daha yaxşıya yetişdirər," de.
18:26 "Onların orada nə qədər qaldıqlarını Allah daha yaxşı bilir," de. Göylərin və yerin bütün gizli şeyləri Onundur. O, nə gözəl görəndir! O, nə gözəl eşidəndir! Onların Ondan başqa bir yardımçısı yoxdur. O, hökmünə kimsəni ortaq etməz.
18:27 Rəbbinin Kitabından sənə vəhy ediləni oxu. Kəlmələrini heç bir şey dəyişdirib qaldıra bilməz və Ondan başqa bir sığınacaq da tapa bilməzsən.
18:28 Rəblərinin rizasını diləyərək səhər axşam qulluq edənlərlə birlikdə olmağa çalış. Dünya həyatının cəlbedici materiallarını arzu edib, gözlərini onlardan (o kəslərdən) ayırma. Qəlbini mesajımızdan qafil etdiyimiz və həvəsinə uyaraq işlərini qarışdıran kimsələrin ardınca getmə.
18:29 De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
18:30 İman edib müttəqi davrananlara gəlincə, əlbəttə Biz yaxşı işlər görənlərin mükafatını itirmərik.
18:31 Onlar üçün içlərindən çaylar axan Ədn bağçaları (cənnətləri) vardır. Orada qızıl bilərziklərlə süslənərlər, ipək və atlazdan toxunmuş yaşıl paltarlar geyərlər. Orada taxtlar üzərinə yaslanarlar. Nə gözəl bir mükafat və necə də gözəl bir məskəndir...
18:32 Onlara iki nəfərin örnəyini ver: Birisinə, ətrafını xurma ağaclarıyla əhatə edib, aralarında başqa əkinlər bitirdiyimiz iki üzüm bağçası vermişdik.
18:33 Aralarına bir çay yerləşdirdiyimiz üçün, hər iki bağ da barını heç əsirgəmədən bolluca vermişdi.
18:34 Artıq bir məhsula sahib idi. Həqiqətən, söhbət etdiyi yoldaşına, "Mən səndən daha zənginəm və daha çox adama sahibəm," dedi.
18:35 Beləcə nəfsinə zülm edərək bağına girdi və: "Bunun məhv olacağını heç sanmıram," dedi.
18:36 "Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də orada daha yaxşısını əldə edərəm."
18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
18:38 "Mənə gəlincə... O Allah mənim Rəbbimdir, mən Rəbbimə heç bir şeyi ortaq qoşmaram."
18:39 "Bağına girdiyin zaman, 'Bu Allahın Bəxşişidir (MaşaAllah), Qüvvət ancaq Allah ilədir (La quvvətə illa billah)' deməli deyildinmi? Səndən daha az paraya (pula) və övlada sahib olduğumu görə bilərsən, amma"
18:40 "Rəbbim, bəlkə sənin bağçandan daha yaxşısını mənə verər və ola bilər ki, bağçana göydən bir fəlakət göndərər ki, qupquru bir torpağa dönüşər."