بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:61 İki dənizin birləşdiyi yerə yetişdiklərində, balıqlarını unutdular. Gizlicə sürüşüb dənizin yolunu tutdu.
18:62 Oranı keçdiklərində, gənc yoldaşına, "Yeməyimizi gətir. Bu yolçuluğumuz (səfərimiz) bizi gerçəkdən yordu," dedi.
18:63 Dedi ki: "Bax gördünmü, o qayalığa yetişdiyimizdə balığı unutdum. Onu mənə şeytan unutdurdu və beləcə dənizdə yolunu tutub getdi. Nə qədər də maraqlıdır!"
18:64 (Musa:) "Məhz axtardığımız yer ora idi," dedi və beləcə izləri üzərində geri döndülər.
18:65 (Öz) qatımızdan rəhmət verdiyimiz və bilgimizdən öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.
18:66 Musa ona, "Sənə öyrədiləndən, aydınladıcı prinsipləri mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?" deyincə,
18:69 Dedi: "Allah istəyərsə məni səbrli görəcəksən; Sənə heç bir işdə qarşı gəlməyəcəyəm."
18:70 Dedi: "Mənə tabe olacaqsansa, mən sənə anlatmadıqca məndən heç bir şey haqqında sual soruşma."
18:71 Beləcə getdilər. Nəhayət gəmiyə mindiklərində, onda dəlik açdı. "İnsanları boğmaq üçünmü gəmidə dəlik açdın? Gerçəkdən müdhiş bir iş gördün," dedi.
18:73 "Unutduğum şeydən ötrü məni qınama; bu işimdə mənə çətinlik yaratma!" dedi.
18:74 Beləcə getdilər. Nəhayət, bir cavan oğlan ilə rastlaşdıqda onu dərhal öldürdü. "Kimsəyə qıymamış günahsız bir kimsəni nə üçün öldürdün? Sən, çox pis bir iş gördün," dedi.
18:76 "Səndən əlavə başqa bir şey soruşaramsa, o zaman artıq mənimlə yoldaş olma. Məndən yetərli üzr dinlədin," dedi.
18:77 Beləcə getdilər. Nəhayət, bir kənd camaatı ilə rastlaşdılar və camaatdan yeməyə bir şey istədilər. Fəqət onları müsafir qəbul etməyi rədd etdilər. Elə bu vaxt orada yıxılmaq üzrə olan bir divar gördülər, dərhal onu düzəltdilər. "İstəsəydin, o işə görə ücrət ala bilərdin," dedi.
18:78 Dedi ki: "Bax bu, mənim səninlə olan bərabərliyimin sonudur. Dözə bilmədiyin şeylərin açıqlamasını isə sənə bildirəcəyəm."
18:79 "Gəmi, dənizdə çalışan kasıblara (balıqçılara) aid idi. Gəmini qüsurlu etmək istədim; çünki arxalarında, bütün gəmiləri zorla ələ keçirən bir kral var idi.
18:80 "Uşağa gəlincə, ana-atası iki iman edən şəxs idi. Həddi aşması və nankorluq ilə o ikisinə yük olmasından narahat idik."