بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
19:21 (Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."
19:23 Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.
19:24 "Üzülmə, Rəbbin sənin altında bir su arxı hazırlamışdır," deyə (ağacın) altından ona səsləndi.
19:25 "Xurmanın budağını özünə doğru silkələ, üzərinə yetişmiş xurmalar tökülsün."
19:26 "Ye, iç və gözün aydın olsun. İnsanlardan birini görərsənsə, 'Mən Rəhman üçün oruc tutmağa qərar verdim. Bu gün heç bir insanla danışmayacağam' de."
19:27 Onu (körpəni) qucağına alıb xalqının yanına gətirdi. "Məryəm, sən heyrətamiz bir şey işlədin!" dedilər.
19:29 (Şahidlik üçün) Onu göstərdi. "Beşikdəki bir uşaqla necə ola bilər ki, danışaq?" dedilər.
19:30 (İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
19:32 "anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."
19:33 "Doğulduğum gün, öldüyüm gün və diri olaraq qaldırılacağım gün mənə salam olsun!"
19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.
19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!
19:38 Bizə gəldikləri gün onları dinlə və seyr et. Zalımlar, o gün açıq-aşkar bir azğınlıq içindədirlər.
19:39 Haqq-hesabın (sorğu-sualın) yekunlaşacağı Kədər Günü haqqında onları xəbərdar et. Onlar hələ də qəflətdədirlər,  iman etmirlər.