بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
19:42 Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
19:43 "Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
19:45 "Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
19:51 Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
19:52 Ona Tur dağının sağ tərəfindən səsləndik. Danışmaq üçün onu yaxınlaşdırdıq.
19:53 Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.
19:54 Kitabda İsmaili xatırla! O sözündə duran biri idi. Eyni zamanda peyğəmbər olan bir elçi idi.
19:55 Ailəsinə namazı qorumağı və zəkatı verməyi əmr edərdi. Rəbbi tərəfindən bəyənilmişdi.
19:58 Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
19:59 Onlardan sonra gələnlər namazı itirdilər və həvəslərinə uydular. Həqiqətən, fəlakətə uğrayacaqlar.
19:60 Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.