بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
19:61 Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
19:62 Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.
19:64 Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.
19:65 Göylərin, yerin və bunların arasında olanların Rəbbidir! Ona qulluq et və Ona olan qulluğunda davamlı ol! Ona bənzər birini bilirsənmi?!
19:67 İnsan, öncədən heç bir şey deyilkən onu necə yaratdığımızı düşünmürmü?
19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
19:73 Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.
19:74 Onlardan öncə, daha da varlı və daha da şöhrətli (olan) neçə-neçə nəsilləri məhv etdik.
19:75 De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."
19:76 Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.
19:77 Ayələrimizi rədd edən və, "Mənə mal və övlad veriləcək," deyəni gördünmü?