بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.
20:104 Onların nə danışdığını yaxşı bilirik. Ən doğru fikir irəli sürənləri, "Siz sadəcə bir gün qaldınız," deyirdi.
20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
20:109 O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.
20:110 Heç kimsə Onu (Allahın zatını) bilgi baxımından qavraya bilməzkən, O onların keçmişini də, gələcəyini də bilir.
20:111 Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.
20:112 İnanclı olduğu halda müttəqi davrananlar heç bir haqsızlıqdan və çətinlikdən qorxmayacaqdır.
20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.
20:114 Gerçək Hökmdar olan Allah ucadır! Sənə vəhyi tamamlanmadan öncə Quranı (anlamaq üçün) tələsmə və: "Rəbbim biliyimi artır," de.
20:115 Keçmişdə Adəmdən söz almışdıq; ancaq unutdu. Biz onda bir əzmkarlıq və istiqrar görmədik.
20:116 Mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdilər. O inad edib qarşı çıxdı,
20:117 "Adəm, Bu sənin və zövcənin düşmənidir. Ehtiyatlı olun, sizi Cənnətdən çıxartmasın, yoxsa pərişan olarsan" dedik.
20:120 Şeytan, "Adəm, Sənə əbədiyyət ağacını və tükənməyəcək bir hökmranlığı göstərimmi?" deyə ona (Adəmə) pıçıldadı.