بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:22 "Bir başqa dəlil olaraq, əlini qoltuğunun altına qoy; ləkəsiz ağappaq olaraq çıxsın."
20:39 "'Onu bir sandığa qoyub çaya at. Çay da onu sahilə atsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün.' deyə... Gözümün önündə yetişəsən deyə, sənə sevgimi yağdırmışdım."
20:40 "O vaxt bacın gedib, 'Ona baxacaq birini sizə göstərimmi?' deyirdi. Beləcə, gözü aydınlansın və üzülməsin deyə, səni anana geri döndərmişdik. Hətta sən bir nəfəri öldürmüşdün, səni üzüntüdən qurtarmış və müxtəlif sınaqlardan keçirmişdik. Mədyən xalqının arasında illərlə qaldıqdan sonra bəlli bir plana görə indi geri gəlmisən, Musa."