بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:61 Musa onlara dedi ki: "Sizə təəssüflər olsun! Allaha qarşı yalan uydurmayın, sonra sizi bir əzab ilə pərişan edər. İftira edənlər şübhəsiz ziyana uğrayacaqdır."
20:63 Dedilər ki, "Bu iki sehrbazın tək məqsədi, sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və sizin ideal həyat tərzinizi yıxmaqdır."
20:64 "Buyurun, planlarınızı birləşdirib vahid bir cəbhə yaradın. Bu gün üstün gələn qalib olmuşdur."
20:66 (Musa:) "Xeyr, siz atın!" dedi. Bundan sonra, (sehrbazların) sehrlərinə (hipnoz təlqinlərinə və illuziyalarına) görə, qalın ipləri və dəyənəkləri ona (Musaya) sanki hərəkət edirlərmiş kimi göründü.
20:69 "Sağ əlindəkini at, onların uydurduqları şeyləri udacaqdır. Onların etdiyi bir sehrbaz planından ibarətdir. Sehrbazın ortaya qoyduğu şeylər uğur qazana bilməz."
20:70 Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
20:71 (Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
20:72 Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"
20:73 "Biz Rəbbimizə iman etdik ki, xətalarımızı və bizə zorla etdirdiyin sehrbazlığımızı bağışlasın. Allah daha yaxşıdır və daha Sürəklidir."
20:74 Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.
20:75 İman etmiş və müttəqi bir həyat sürmüş olaraq Ona gələnlər isə, yüksək dərəcələrə layiqdirlər.
20:76 Ədn bağçaları ki, altından çaylar axar. Orada əbədi qalacaqlar. Təmizlənənlərin mükafatı bax belədir.
20:77 Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
20:78 Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.
20:80 Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmış, Sina dağının sağ yanında sizə söz vermiş və üzərinizə Mənna və bildirçin endirmişdik.