بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:101 Ancaq özlərinə xoşbəxt bir aqibət müəyyən etdiklərimiz xaric, onlar ondan uzaqlaşdırılacaqlar.
21:102 Onun uğultusunu eşitməzlər. Canlarının istədiyi şeylər içində əbədi qalarlar.
21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
21:104 O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.
21:105 Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.
21:108 De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"
21:109 Əgər üz çevirərlərsə, de ki, "Sizə yetərli şəkildə bildirdim. Sizə söz verilən şeyin yaxın və ya uzaq olduğunu bilmərəm.
21:111 "Heç bilmirəm; bəlkə sizin üçün bir sınaq və müəyyən bir müddətə qədər bir həzz almaq vəsiləsi olar."
21:112 De ki, "Rəbbim, hökmünü gerçəkləşdir. Sizin isnad etdiklərinizə qarşı sadəcə Rəhman olan Rəbbimizdən yardım istənər."