بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:63 "Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
21:64 Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
21:65 Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
21:66 "Allahın yanında sizə heç bir faydası və zərəri toxunmayan şeylərəmi qulluq/xidmət edirsiniz?" dedi.
21:67 "Vay olsun Sizə və Allahla yanaşı qulluq/xidmət etdiklərinizə. Ağlınızı istifadə etmirsiniz?"
21:68 "Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
21:73 Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.
21:74 Luta da bilgi və hikmət verdik. Onu, çirkin işlər işləyən topluluqdan qurtardıq. Onlar, yoldan çıxmış pis bir camaat idi.
21:76 Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.
21:77 Ayələrimizi inkar edən camaata qarşı onu dəstəklədik. Onlar, pis bir camaat olduqlarına görə hamısını boğduq.
21:78 Davud və Süleyman da... Bir dəfə, xalqın qoyunlarının (girib) yayıldığı birinin əkin sahəsi haqqında hökm verirdilər. Biz onların qərarına şahid olduq.
21:79 Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.
21:80 Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?