بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:81 Süleymana da bərəkətli etdiyimiz torpaqlara doğru əsən boranın əmrini verdik. Biz hər şeyi yaxşı bilirik.
21:82 Və onun üçün dalğıclıq edən və bununla yanaşı başqa işlər də görən şeytanları da... Onlara Biz nəzarət edirdik.
21:83 Əyyub da... Rəbbinə belə yalvarmışdı: "Mənə fəlakət üz verdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən."
21:84 Biz ona cavab verərək nə sıxıntısı varsa onu aradan qaldırdıq. Qatımızdan bir rəhmət, qulluq edənlərə bir xatırlatma olaraq ona, ailəsini və onların bir mislini verdik.
21:85 Ayrıca İsmail, İdris və Zülkifl də... Hamısı çətinliklərə qarşı müqavimət göstərən kəslər idi.
21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
21:88 Yalvarışına qarşılıq verdik və onu üzüntüdən qurtardıq. İman edənləri bax belə qurtararıq!
21:89 Zəkəriyya da... Rəbbinə belə yalvarmışdı: "Rəbbim, məni tək buraxma; Sən varislərin ən yaxşısısan."
21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.
21:91 Və ismətini qoruyan qadın da... Həqiqətən ona ruhumuzdan üfürmüşdük. Onu və oğlunu bütün dünyaya bir işarət etdik.
21:92 Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm; sadəcə Mənə qulluq edin.
21:93 Fəqət onlar işlərində ayrılığa (ixtilafa) düşdülər; hamısı bizə dönəcəklər.
21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.
21:96 Nəhayət, Yəcuc və Məcucun önü açıldığı zaman, onlar hər yöndən hücuma keçərlər.
21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
21:98 Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.
21:99 Onlar tanrılar olsaydı, oraya girməyəcəkdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.
21:100 Onlar üçün orada iç çəkib inləmək vardır; heç bir şey də eşidə bilməzlər.