بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
23:41 Qorxunc fəlakət onları bərabərcə yaxaladı və beləcə onları zibil yığınına çevirdik. O zalım xalq məhv olmağa layiq idi.
23:43 Heç bir camaat özü üçün müəyyən edilmiş vaxtı tezləşdirə və ya gecikdirə bilməz.
23:44 Sonra Biz, elçilərimizi bir-birinin ardınca göndərdik. Hər nə zaman bir elçi (öz) xalqına getdisə, onu yalanladılar. Biz də onları bir-birinin ardınca sürüyüb tarixə gömdük. İman etməyən bir topluluq məhv olmağa layiqdir.
23:45 Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
23:46 Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
23:47 "O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
23:50 Məryəm oğlunu və anasını bir işarət etdik və onları məskunlaşmaq üçün əlverişli və  çeşməsi olan bir təpədə yerləşdirdik.
23:51 Elçilər! Yaxşı nemətlərdən yeyin və müttəqi işlər görün! Mən, sizin etdiklərinizi çox yaxşı bilirəm.
23:52 Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...