بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
23:82 Və belə dedilər: "Biz öldüyümüz, torpaq və sümük olduğumuz zamanmı diriləcəyik?"
23:83 "Bizə və atalarımıza daha öncə eyni şey söz verilmişdi. Bu keçmişlərin əfsanəsindən başqa bir şey deyildir."
23:88 De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"
23:91 Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.
23:92 Bütün gizli olanları və aşkarda olanları Biləndir; onların ortaq qoşduqları şeylərdən Ucadır.
23:97 Və de ki, "Rəbbim, Şeytanların pıçıltılarından (vəsvəsələrindən) Sənə sığınıram."
23:99 Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
23:100 "(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.