بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
26:4 İstəsək onların üzərinə göydən bir möcüzə endirərik ki, ona boyun əyib qalarlar.
26:5 Hər nə zaman Rəhmandan onlara yeni bir mesaj gəlsə, mütləq ondan üz çevirərlər.
26:6 Yalanladıqları üçün, (məsxərəyə qoyub) əyləndikləri şeylərin xəbərləri onlara yetişəcəkdir.
26:7 Yer üzünə baxmırlarmı, onda cürbəcür neçə-neçə gözəl bitkilər bitirmişik?
26:15 Dedi ki, "Xeyr, siz ikiniz ayələrimizlə (vəhy və möcüzələrimizlə) gedin. Biz sizinlə birlikdəyik; dinləyirik."
26:18 Dedi ki, "Biz səni lap körpə ikən götürüb böyütmədikmi? Və həyatının neçə illərini aramızda keçirmədinmi?"