بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
27:3 Onlar (o kəslər) ki, namazı qoruyurlar, zəkatı verirlər və axirət mövzusunda da şübhələri yoxdur.
27:4 Axirətə iman etməyənlərə gəlincə, etdiklərini özlərinə süslü göstərmişik, sərgərdan qalarlar.
27:7 Bir vaxt Musa ailəsinə belə demişdi: "Mən, bir atəş gördüm, sizə ondan bir xəbər gətirim, yaxud bir məşəl gətirim ki, qızınasınız.
27:8 Oraya yetişincə ona, "Atəşin içində olan da, çevrəsində olan da mübarəkdir," deyə səslənildi. Aləmlərin Rəbbi olan Allah çox ucadır!
27:10 "Dəyənəyini at." Onu kiçik bir ilan kimi titrəşdiyini görüncə, arxasına dönüb baxmadan qaçdı. "Musa, qorxma; elçilər hüzurumda qorxmazlar."
27:11 "Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
27:12 "Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."
27:13 "Onlara açıq şəkildə görünən möcüzələrimiz gəldiyində, "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.
27:14 Zülm və təkəbbürlərinə görə özlərinin haqlı olduğuna inandılar və onları rədd etdilər. Fəsad törədənlərin aqibətinin necə olduğuna diqqət et.
27:15 Biz Davuda və Süleymana bilgi vermişdik və "Bizə, iman edən qullarının bir çoxundan daha çox bəxşiş edən Allaha təriflər olsun," demişdilər.
27:16 Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."
27:17 Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.
27:18 Qarışqa vadisinə gəlib çatınca, bir qarışqa, "Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və orduları fərqində olmayaraq sizi əzməsinlər."
27:19 Onun sözünə gülərək, "Rəbbim, Sənin mənə, ana-atama bağışladığın nemətlərinə şükür etməyə və razı olacağın müttəqi davranışlarda olmağa məni yönəlt. Rəhmətinlə, məni müttəqi qullarının arasına sal."
27:20 Quşları təftiş elədi və: "Nə üçün hüdhüdü görmürəm? Yoxsa qaçaqdırmı?" dedi.