بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
28:82 Bir öncəki gün onun vəziyyətində olmaq istəyənlər, "Demək ki, Allah qullarından istədiyinə ruzini bol verər, istədiyinə də azaldar. Allah bizə lütf etməsəydi, bizi də batırardı. Demək kafirlər uğur qazana bilməzlər," deməyə başladılar.
28:83 Bu Axirət yurdunu, yer üzündə təkəbbürlənməyi və fəsad törətməyi istəməyənlərə ayırdıq. Aqibət müttəqilərindir.
28:84 Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.
28:85 Quranı sənə nazil edib vacib buyuran, şübhəsiz səni qərarlaşdırılmış nöqtəyə döndərəcəkdir. De ki, "Kimin hidayətə gəldiyini və kimin açıq bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir."
28:86 Sənə bu Kitabın veriləcəyini ümid etməzdin; ancaq bu Rəbbindən bir rəhmətdir. Kafirlərə arxa olma.
28:87 Sənə nazil edildikdən sonra səni Allahın ayələrindən azdırmasınlar. Rəbbinə çağır; ortaq qoşanlardan olma.
28:88 Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.