بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:201 Kim ki, “Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru," deyər.
2:203 Sayı müəyyən olan günlərdə (Minada) Allahı xatırlayın. Müttəqi davrandıqları müddətcə, bunu iki gündə bitirmək üçün tələsənə bir günah yoxdur, geri qalana da bir günah yoxdur. Allahı dinləyin və Onun hüzurunda toplanacağınızı unutmayın.
2:204 Bəzi kəslər var ki, dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. Azğın bir düşmən olduğu halda qəlbində olana Allahı şahid tutar.
2:205 Dönüb gedincə, yer üzündə fəsad törətmək, malı və nəsli məhv etmək üçün səy göstərər. Allah fəsadı sevməz.
2:206 Ona “Allahı dinlə,” deyildiyində, kibr və qürur içində hiddətlənir. Onun haqqından Cəhənnəm gələr; necə də pis bir məskəndir!
2:207 İnsanlardan eləsi də var ki, özünü Allahın razılığını qazanmağa həsr edər. Allah qullarına çox şəfqətlidir.
2:208 Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
2:209 Sizə açıq-aşkar dəlillər gəlməsinə rəğmən doğru yoldan çıxsanız, bilin ki, Allah Üstündür, Hikmət Sahibidir.
2:210 Allahın və mələklərin yoğun buludlar arasından onlara gəlməsinimi gözləyirlər? O zaman hər şey bitərdi və hər şey Allaha döndərilərdi.
2:211 İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.
2:212 kafirlər üçün Dünya həyatı cəlbedicidir. Buna görə iman edənləri məsxərəyə qoyarlar. Halbuki müttəqilər Dirilmə Günü onlardan üstün olacaqdır. Allah istədiyinə hesabsız şəkildə nemətlər bəxş edər.
2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.
2:215 Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.
2:216 Sevmədiyiniz halda savaş sizə vacib edildi. Sevmədiyiniz bir şey sizin üçün yaxşı və sevdiyiniz bir şey də sizin üçün pis ola bilər. Siz bilməsəniz də Allah bilir.
2:217 Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
2:218 İman edənlər, Allah yolunda hicrət edənlər və səy göstərənlər, Allahın rəhmətini ümid edər. Allah Bağışlayandır, Rəhmlidir.
2:219 Səndən sərxoş edicilər və qumar barəsində soruşarlar: “O ikisində böyük bir günah və insanlar üçün yararlar var; ancaq günahları yararlarından daha böyükdür,”-de. Ayrıca, sədəqə olaraq nəyi verəcəklərini səndən soruşarlar: “Artığı” de. Allah ayələrini sizə belə açıqlayır ki, düşünəsiniz...
2:220 Bu dünya və axirət haqqında... Səndən bir də kimsəsizlər haqqında soruşarlar. De ki: “Onları müttəqi şəxslər olaraq yetişdirməniz ən böyük yaxşılıqdır. Mallarını mallarınıza qatarsanız ailə üzvləriniz olarlar." Allah fəsad törədəni islah edəndən ayırd etməsini bilir. Allah istəsəydi sizi çətinliyə salardı. Allah Güclüdür, Hikmət Sahibidir.