بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:241 Boşanmış qadınlar üçün də uyğun bir dolanışıq yardımı edilməlidir. Bu, müttəqi şəxslərin görəvidir.
2:243 Sayları minlərlə olduqları halda ölüm qorxusuyla yurdlarını tərk edənlər diqqətini çəkdimi? Allah onlara: “Ölün!”– dedi və sonra onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır; ancaq insanların çoxu şükür etməz.
2:245 Qat-qat ödənəcək gözəl bir ödüncü kim Allaha təqdim edər? Azaldan da, artıran da Allahdır. Ona döndəriləcəksiniz.
2:246 Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.
2:247 Peyğəmbərləri onlara, “Allah sizə kral olaraq Talutu təyin etdi,” - dedi. Onlar, “Biz hökmranlığa ondan daha layiq olduğumuz halda necə olur ki, üzərimizdə əmr sahibi olur? Üstəlik zəngin biri də deyil," - dedilər. O da, "Allah onu üzərinizə seçdi. Onun bilgi və bədən gücünü artırdı," dedi. Allah mülkünü istədiyinə verir. Allah Comərddir, Biləndir.
2:248 Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının dəlili, sandığın sizə gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musa ilə Harunun xalqının geriyə buraxdığı bir qalıq (qalan bir şey) tapacaqsınız. Onu mələklər daşımaqdadır. İman edirsinizsə bunda sizi razı edəcək bir dəlil var."
2:249 Talut ordunun başına keçincə bunları bildirdi: “Allah sizi bir çayla sınayacaq. Kim ondan içərsə, məndən deyildir. Kim onu dadmayıb sadəcə əliylə bir qurtum alarsa məndəndir." Çox azı istisna olmaqla hamısı ondan içdi. O bərabərindəki iman edənlərlə çayı keçincə, "Bu gün Calut və ordusuna qarşı durmağa gücümüz yoxdur," dedilər. Allah ilə qarşılaşacaqlarına iman edənlər isə belə dedilər: "Sayca az olan neçə-neçə dəstə, Allahın izni ilə çox dəstələri məğlub etmişdir. Allah səbr edənlərlə bərabərdir."
2:250 Calut və ordusuyla qarşılaşdıqlarında belə dedilər: "Rəbbimiz, bizə müqvimət göstərmə gücü ver, ayaqlarımızı sağlam tut, inkarçılara qarşı bizə yardım et."
2:251 Nəhayət Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və anlayış verdi, ona istədiyini öyrətdi. Allah insanların bir qismini bir qismi ilə müdafiə etməsəydi yer üzü fəsada uğrayardı. Fəqət Allah bütün məxluqata qarşı lütf sahibidir.
2:252 Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Və Sən əlbəttə elçilərdən birisən.
2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.
2:254 Ey iman edənlər! Nə alış-verişin, nə dostluğun və nə də şəfaətin (vasitəçiliyin) olmadığı gün gəlmədən öncə sizə verdiklərimizdən paylayın. İnkar edənlər zalımlardır.
2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
2:257 Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
2:258 Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.
2:259 Yaxud bu kimsə kimisi də (diqqətini çəkmədimi?)... Altı üstünə gəlmiş, dağılmış bir qəsəbəyə uğrayar və "Allah bunu ölümündən sonra necə dirildə bilər?" - deyər. Buna görə Allah onu yüz il ölü saxladıqdan sonra diriltdi. "Burada nə qədər qaldın?" dedi. "Bir gün yaxud günün bir hissəsi qədər qaldım," dedi. "Xeyr, sən yüz il qaldın. Yeməyinə və içməyinə bax hələ də xarab olmayıb. Eşşəyinə də bax. Səni insanlar üçün bir dəlil etdik. Sümüklərə diqqət et, onları necə üst-üstə qoyur, sonra onlara necə də ət geyindiririk." Vəziyyət ona aydınlanınca, "Artıq Allahın hər şeyə gücünün yetdiyini bilirəm," dedi.
2:260 İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.