بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:3 O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;
2:4 Sənə nazil edilənə və səndən öncə nazil edilənə inanarlar. Axirət mövzusunda da heç bir şübhələri yoxdur.
2:5 Bax, Rəbləri tərəfindən yol göstərilənlər və xoşbəxtliyə yetişənlər bunlardır.
2:6 İnkar edənlərə gəlincə, onları xəbərdar etsən də, etməsən də onlar üçün eynidir; iman etməzlər.
2:7 Allah qəlblərini və qulaqlarını möhürləyər. Gözlərində pərdə vardır və böyük əzab onlar üçündür.
2:8 İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
2:9 Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.
2:10 Qəlblərində xəstəlik var. Allah da xəstəliklərini artırar. Yalanları üzündən ağrılı-acılı bir əzaba layiq görülərlər.
2:11 Onlara, "Yer üzündə fəsad törətməyin," deyildiyində "Bizlər sadəcə düzəldənlərik," deyərlər.
2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
2:15 Allah da, həddi aşmaları içində sərgərdan vəziyyətdə buraxaraq onlara istehza edər.
2:16 Onlar hidayət qarşılığında sapıqlığı satın aldı. Ticarətləri nə qazanc verər, nə də onları gerçəyə qovuşdurar.
2:17 Düşdükləri vəziyyət, atəş yandıran kimsələrin bu vəziyyətinə bənzəyər: Atəş ətraflarını aydınlatmağa başlayınca, Allah onların işığını aradan qaldırar və onları qaranlıqlar içində görməz bir halda buraxar.
2:19 Ya da, qaranlıq, göy gurultusu və şimşəklər arasında göydən boşalan bir yağmur altında ildırımlardan ölmək qorxusuyla barmaqlarını qulaqlarına tıxayan kimsəyə bənzəyərlər. Allah inkarçıları bu cür əhatə edər.
2:20 Şimşək az qala gözlərini çıxardacaq! Önlərini aydınlatdıqca işığında gedərlər. Üzərlərinə qaranlıq çöküncə də dayanıb durarlar. Allah istəsəydi eşitmə və görmələrini aradan qaldırardı. Allah hər şeyə gücü yetəndir.