بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
33:1 Ey Peyğəmbər! Allaha diqqət et, inkar edənlərə və ikiüzlülərə uyma. Allah Biləndir, Hikmət Sahibidir.
33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
33:5 Onları, öz atalarıyla bağlarını kəsməyəcək şəkildə çağırın. Bu davranış, Allah qatında daha doğrudur. Atalarını bilmirsinizsə, o zaman onlar sizin din qardaşlarınızdır və ailənizin üzvləridir. Qəsdən etdikləriniz bir yana, yanılaraq etdiyiniz şeylərdə sizə bir cavabdehlik yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.
33:6 Peyğəmbər, iman edənlərə, özlərindən daha yaxındır və xanımları isə analarıdır. Allahın kitabına görə, iman edənlər, köçərilərdən (hicrət edənlərdən) özlərinə əqrəba olanları daha ön planda tutmalıdır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz xaric. Bunlar, bu kitabda qanuniləşmişdir.
33:7 Nəbilərdən (peyğəmbərlərdən) misaq (söz) almışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan... Onlardan çox sağlam bir söz almışdıq.
33:8 Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
33:9 Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
33:10 Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.
33:12 İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
33:14 Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
33:15 Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
33:16 De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."
33:17 De ki, "Allah sizin üçün bir pislik istəsə və ya bir rəhmət istəsə, Ona qarşı sizi kim qoruyacaq? Onlar Allahdan başqa bir sahib və yardımçı tapa bilməyəcəklər."
33:18 Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.
33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
33:20 Partiyaların (tərəflərin) getmədiyini sanırlar. Partiyalar təkrar gəlsə, özlərinin çöldəki bədəvi Ərəblər arasında olmağı və sizin xəbərlərinizi uzaqdan soruşmağı istəyərdilər. Əgər aranızda olmuş olsaydılar, çox az savaşardılar.