بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
34:1 Tərif, göylərdə və yerdə nə varsa Özünə aid olan Allahadır. Axirətdə də tərif Onadır. O Hikmət Sahibidir, Xəbər Alandır.
34:2 Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. O, Bağışlayandır, Rəhmlidir.
34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.
34:4 Beləcə, iman edənləri və müttəqi davrananları mükafatlandırır. Onlar üçün bir bağışlanma və tükənməz ruzi vardır.
34:5 Ayələrimiz və möcüzələrimizə qarşı meydan oxuyanlar üçün ağrılı-acılı və qorxunc bir cəza vardır.
34:6 Özlərinə bilgi verilmiş olanlar, Rəbbindən sənə nazil edilənin gerçək olduğunu və onun Üstün və ən çox Təriflənənin yoluna yönəltdiyini görürlər.
34:7 İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
34:8 "Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.
34:9 Göylərdə və yerdə, önlərində və arxalarında olanlara baxmadılarmı? İstəsək onları yerə batırar və ya göydən üzərlərinə parçalar düşürərik. Hər yönələn qul üçün əlbəttə bunda bir işarət vardır.
34:10 Qatımızdan Davuda lütf bəxş etmişdik: "Ey dağlar, tərənnümünə qatılın; ey quşlar sizlər də." Ona dəmiri yumşaltmışdıq.
34:11 "Ölçüsü və toxuması ilə qüsursuz zirehlər düzəlt. Müttəqi davranın. Mən, etdiyiniz hər şeyi Görənəm."
34:12 Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.
34:13 O nə istəyərdisə, onun üçün düzəldərdilər: Mehrablar, heykəllər, dərin hovuzlar və ağır qazanlar... Ey Davud ailəsi, şükür bəlirtisi (əlaməti) olaraq çalışın. Qullarımdan çox azı şükür edəndir.
34:14 Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.
34:15 Səbalıların evləri, sağlı-sollu iki bağça ilə birlikdə möhtəşəm idi. Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir ölkə və Bağışlayan bir Rəbb...
34:16 Fəqət onlar üz çevirdilər. Biz də su bəndinin (su anbarının) selini onlara göndərərək qoşa bağçalarını, acı meyvələr, yulğun ağacı və bir az da sidr ağacı olan qoşa bağçalara çevirdik.
34:17 Nankorluqlarına görə onları belə cəzalandırdıq. Biz nankordan başqasını cəzalandırarıqmı?
34:18 Onlarla bərəkətli etdiyimiz bölgələr arasına vahələr yerləşdirdik və oranı yolçuluğa əlverişli etdik: "Gecələri və gündüzləri güvənlik içində orada gəzib dolaşın."
34:19 "Rəbbimiz, səfərlərimizin arasını uzaqlaşdır" deyərək özlərinə zülm etdilər. Axırda onları darmadağın edib tarixə gömdük. Hər səbrli və şükür edən adam üçün bunda dərslər vardır.
34:20 İblis, onlar haqqındaki gözləntilərini doğru çıxardı. İman edən bir qrup xaric, ona uydular.