بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
35:22 Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.
35:24 Səni müjdə verən və xəbərdar edən biri olaraq gerçəklə göndərdik. Hər camaatın içində mütləq xəbərdar edən biri gəlmişdir.
35:25 Səni yalanlayırlarsa, onlardan öncəkilər də yalanladılar. Elçiləri onlara açıq-aşkar sənədlər, ilahilər və aydınladan kitablar gətirdilər.
35:27 Allahın göydən bir su endirdiyini görmədinmi? Onunla müxtəlif rənglərdə məhsullar çıxararıq. Hətta dağlarda belə ağ, qırmızı, rəngarəng və ya quzğun qarası təbəqələr var.
35:28 Eyni şəkildə, insanlar, heyvanlar və kənd təsərrüfatı heyvanları da müxtəlif rənglərdədir. Buna görədir ki, qulları arasında Allaha lazım olduğu kimi hörmət edənlər elm adamlarıdır. Allah Üstündür, Bağışlayandır.
35:29 Allahın Kitabını oxuyanlar, namazı qoruyanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün verənlər tükənməyən bir qazanc umarlar.
35:30 Çünki onların ücrətlərini tam verəcək və onlara olan lütfünü artıracaqdır. O Bağışlayandır, Təqdir Edəndir.
35:31 Bu kitabda sənə vəhy etdiklərimiz, özündən öncəkiləri təsdiqləyən gerçəkdir. Allah qullarından Xəbərdardır, Görəndir.
35:32 Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.
35:33 Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
35:34 Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."
35:35 "O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."
35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.
35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
35:38 Allah, göylərin və yerin gizli olan şeylərini Biləndir. O, kökslərin gizlədiyini Biləndir.
35:39 O ki, sizi yer üzündə yönəticilər etdi. Kim inkar edərsə, öz zərərinə inkar etmişdir. İnkar edənlərin inkarı, Rəbləri qatında nifrətdən başqa bir şey artırmaz. İnkar edənlərin inkarı itkidən (ziyandan) başqa bir şey artırmaz.
35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.