بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...
36:8 Boyunlarına, çənələrinə qədər olan zəncirlər taxdıq və başları yuxarıya dikəlmişdir.
36:9 Önlərindən bir sədd və arxalarından bir sədd çəkərək onları pərdələdik; artıq görə bilməzlər.
36:10 Onlara xəbərdarlıq etsən də, xəbərdarlıq etməsən də onlar üçün eynidir; iman etməzlər.
36:11 Sən ancaq, mesaja tabe olan və yalnız başına ikən Rəhmana qarşı hörmətli olan bir kimsəni xəbərdar edə bilərsən. Onu bağışlanma və bol bir mükafatla müjdələ.
36:12 Ölüləri Biz, bəli Biz dirildirik, onların etdiklərini və (ölümlərindən sonrakı) aqibətlərini yazarıq. Biz hər şeyi açıq-aşkar bir kitabda hesaba almışıq.
36:13 Onlara, bir şəhər camaatının onlara gələn elçilərə göstərdiyi rəftarın örnəyini ver.
36:14 Onlara iki elçi göndərmişdik, ikisini də yalanladılar. Bunun üzərinə üçüncü biri ilə dəstəkləmişdik. "Biz sizə göndərilən elçilərik," demişdilər.
36:15 Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
36:18 Dedilər ki, "Sizin üzünüzdən uğursuzluğa uğradıq. Əgər son qoymasanız, sizi daşqalaq edəcəyik və bizdən sizə ağrılı-acılı bir cəza toxunacaqdır."
36:19 Dedilər ki, "Uğursuzluğunuz sizin öz ucbatınızdandır. Sizə xəbərdarlıq edildiyinə görəmi? Siz gerçəkdən həddi aşan bir topluluqsunuz."
36:20 Şəhərin ən uzaq tərəfindən bir adam qaçaraq, dedi ki, "Ey xalqım! Elçilərə tabe olun."