بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:121 Bir vaxt sən, səhər tezdən ailəndən ayrılaraq iman edənləri savaş mövqelərinə yerləşdirirdin. Əlbəttə Allah Eşidir, Bilir.
3:122 Sizdən iki qrup az qalsın ruhdan düşmüşdü. Halbuki Allah onların sahibi idi. İman edənlər Allaha güvənsin.
3:123 Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.
3:124 İman edənlərə bunları deyirdin: “Endirilmiş üç min mələk ilə Rəbbinizin sizi dəstəkləməsi, sizə yetərli deyilmi?”
3:125 Əlbəttə, çətinliklərə qarşı müqavimət göstərərsəniz və müttəqi davranarsanız, sizə bu anda qəflətən bir hücum etsələr, Rəbbiniz sizi təlim almış beş min mələk ilə dəstəkləyər.
3:126 Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
3:127 Beləcə inkar edənlərin bir qismini məhv edər və ya onları təsirsiz hala gətirib pərişan edər.
3:128 Tövbələrini qəbul etməsi və ya işlədikləri zülmə görə onları cəzalandırmasının sənə aidiyyəti yoxdur.
3:129 Göylərdə və yerdə nə varsa, Allahındır. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Allah Bağışlayandır, Rəhmlidir.
3:130 Ey iman edənlər! Faizi (sələmi, ribanı) qatbəqat artırılmış olaraq yeməyin. Müvəffəqiyyətə nail olmaq üçün Allahı dinləyin.
3:133 Rəbbiniz tərəfindən bağışlanmağa, eni göylərlə yeri əhatə edən və müttəqilər üçün hazırlanmış olan cənnətə doğru tələsin.
3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
3:136 Onlara, Rəblərindən bağışlanma və ağacları altından çaylar axan cənnətlərlə qarşılıq verilər; orada sürəkli qalarlar. Çalışanların mükafatı necə də gözəldir.
3:137 Sizdən öncə də qanunlar tətbiq edilmişdi. Yer üzündə gəzib dolaşın və yalanlayanların aqibətinə nə olduğunu görün.
3:138 Bu (Quran), insanlar üçün bir xəbərdarlıq, müttəqilər üçün də bir yol göstərici və öyüddür.
3:140 Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.