بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.
3:83 Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa istər-istəməz Ona təslim olmuşdur və hamısı Ona döndəriləcəkdir.
3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
3:85 Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.
3:86 İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
3:89 Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.
3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.
3:91 İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.
3:92 Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.
3:93 Tövrat nazil olmamışdan öncə İsrail özünə haram edincəyə qədər İsrail oğullarına bütün yeyəcəklər halal idi. “Doğru sözlülərsinizsə, Tövratı gətirib oxuyun,” - de.
3:95 De ki: “Allah doğrunu söyləyər; İbrahimin Təkallahlı (hənif) dininə tabe olun. O, ortaq qoşanlardan olmadı.”
3:96 İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
3:97 Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
3:98 De ki, “Kitab əhli! Allah etdiklərinizə şahid olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?"
3:99 De ki, “Kitab əhli, doğruya şahid olduğunuz halda, nə üçün Allahın yolunu dəyişdirməyə çalışaraq iman edənləri sapdırırsınız? Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir."
3:100 Ey iman edənlər! Kitab əhlindən bir qisminə tabe olarsanız, iman etmənizdən sonra sizi inkarçılığa döndərərlər.