بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:161 Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.
4:162 Ancaq aralarındakı dərin elm sahibləri və iman edənlər, sənə nazil edilənə və səndən öncə nazil edilən(lər)ə iman edir. Namazı qoruyur, zəkatı verir, Allaha və Axirət gününə iman edirlər; bunlara böyük bir mükafat verəcəyik.
4:163 Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.
4:164 Sənə öncədən anlatdığımız elçilərə və anlatmadığımız elçilərə də... Və Allah Musa ilə də kəlmələrlə danışmışdı.
4:165 Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.
4:166 Fəqət Allah, sənə nazil etdiyinə şahidlik edər. Onu Öz biliyi ilə nazil etdi. Mələklər də buna şahidlik edər. Şahid olaraq Allah yetər.
4:168 İnkar edib zülm edənləri Allah nə bağışlayacaq, nə də onlara bir yol göstərəcəkdir.
4:169 Yalnız cəhənnəmin yolu xaric. Orada sürəkli qalacaqlar. Bu, Allah üçün çox asandır.
4:170 Ey insanlar! Elçi Rəbbinizdən gerçəyi gətirmişdir. Öz xeyriniz üçün iman etməlisiniz! İnkar edərsinizsə, bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. Allah Biləndir, Hikmət sahibidir.
4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
4:172 Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.
4:173 İman edib müttəqi davrananların mükafatlarını tam ödəyəcək və lütfündən onlara daha artıq verəcəkdir. Kiçik görüb təkəbbürlənənləri isə ağrılı-acılı bir əzabla cəzalandıracaq. Özlərinə Allahdan başqa nə bir sahib, nə də bir yardımçı tapa bilməyəcəklər.
4:174 Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və üzərinizə açıq-aşkar bir nur endirdik.
4:175 Allaha iman edib və Ona sarılanları isə Öz rəhmətinə və lütfünə daxil edəcək, onları ən doğru bir yola salaraq Özünə tərəf yönəldəcəkdir.
4:176 Səndən danışırlar. De ki: “Allah sizə həyat yoldaşı və övladı olmayan adamın mirası haqqında bu hökmü açıqlayır: Ölən şəxsin övladı olmayıb bir bacısı varsa, buraxdığı mirasın yarısı bacısınındır. Fəqət, (ölən şəxs) övladı olmayan bacıdırsa, kişi bacısının mirasının hamısını alır. Varislər iki bacıdırsa, buraxılanın üçdə ikisi onlarındır. Varislər qardaşlardan və bacılardan ibarətdirsə, kişiyə iki qadının payı qədər pay verilir. Çaşıb qalmamağınız üçün Allah sizə belə açıqlayır. Allah hər şeyi Biləndir.