بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
41:21 Dərilərinə, "Nə üçün bizə qarşı şahidlik etdiniz?" deyə soruşarlar. Onlar da, "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk yaradan Odur və məhz Ona döndərilirsiniz," deyərlər.
41:22 Nə eşitmə və görmə orqanlarınızın, nə də dərilərinizin əleyhinizdəki şahidliyini gizləməyə gücünüz yetməz. Buna rəğmən siz etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız.
41:23 Rəbbiniz haqqında bu düşüncəniz sizi döndərdi və ziyana uğrayanlardan oldunuz.
41:24 Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.
41:25 Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
41:26 İnkar edənlər, "Öhdəsindən gələ bilməniz üçün, bu Quranı dinləməyin, anlaşılmasını əngəlləyin," dedilər.
41:27 İnkar edənlərə şiddətli bir əzabı daddıracağıq və etdiklərinin ən pisi ilə onlara qarşılıq verəcəyik.
41:28 Allahın düşmənlərinin cəzası bax bu atəşdir. Ayələrimizi bilə-bilə inkar etmələrinin bir qarşılığı olaraq orası onların əbədi yurdu olacaqdır.
41:29 İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.
41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
41:31 "Dünya həyatında da, axirətdə də sizin dostlarınız bizik. Orada nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır."
41:33 Allaha tərəf çağıran, müttəqi davranan və "Mən təslim olanlardanam," deyəndən daha gözəl sözlü kim ola bilər?
41:34 Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.
41:36 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
41:37 Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Ona qulluq edəcəksinizsə.
41:38 Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.
41:39 Qupquru gördüyün torpağın üzərinə su yağdırdığımız vaxt onun titrəyib qabarması da Onun ayələrindəndir. Onu dirildən ölüləri də dirildər. O, hər şeyə Gücü Yetəndir.
41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.