بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
41:41 Özlərinə mesaj yetişdikdən sonra onu inkar edənlər bilsin ki, o üstün bir Kitabdır.
41:42 Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.
41:43 Sənin üçün söylənilənlər, səndən öncəki elçilər üçün söylənilənlərin eynisidir. Şübhəsiz sənin Rəbbin həm bağışlanma Sahibi, həm də ağrılı-acılı əzab Sahibidir.
41:44 Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."
41:45 Biz Musaya Kitabı verdik, onda da anlaşılmazlığa (ixtilafə) düşdülər. Rəbbinin verdiyi bir sözü olmasaydı aralarında hökm verilərdi. Gerçəkdən onlar onun barəsində şəkk və şübhə içindədirlər.
41:46 Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Rəbbin, qullara zülm etməz.
41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.
41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.
41:49 İnsan, yaxşılıq istəməkdən bezib yorulmaz. Ancaq ona bir pislik toxunduğunda ümidsizdir, bədbindir.
41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.
41:51 İnsana bir nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Başına bir pislik gəldiyində isə yalvarıb-yaxarar.
41:52 De ki, "Əgər o (mesaj) Allahdan idisə və siz də onu təkzib etmişsinizsə? Buna qarşı qətiyyətli mövqe tutandan daha azğın kim ola bilər?
41:53 Onun gerçək olduğu onlara açıq-aşkar olana qədər, onlara üfüqlərdə və öz içlərində ayələrimizi (işarət və dəlillərimizi) göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması yetərli deyilmi?
41:54 Əslində onlar Rəblərindən bir şübhə içindədirlər. O, hər şeyi (bilgi və idarəçiliyi ilə) əhatə etmişdir.