بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.
42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
42:44 Allah kimi azdırmışsa, artıq Ondan sonra onun bir qoruyucusu yoxdur. Əzabı gördüklərində, zalımların, "Bizim üçün əlavə bir şans yoxdurmu?" dediklərini görərsən.
42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.
42:46 Onların, Allahdan başqa özlərinə yardım edəcək bir dostları yoxdur. Allahın azdırdığı kimsə üçün bir yol tapılmaz.
42:47 Allah qatında, geri çevrilməsi mümkün olmayan gün gəlməmişdən öncə Rəbbinizə cavab verin. O gün sizin üçün nə bir sığınacaq, nə də bir qoruyucu vardır.
42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.
42:49 Göylərin və yerin hakimiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə dişilər, istədiyinə də erkəklər verir.
42:50 Yaxud həm erkək, həm dişi olaraq cüt verir. İstədiyini də sonsuz edər. O, Biləndir, hər şeyə Gücü Yetəndir.
42:51 Allah bir insanla ancaq vəhy yolu ilə və ya bir pərdə arxasından əlaqə qurar, yaxud bir elçi göndərib izni ilə istədiyini vəhy edər. O, Ucadır, Hikmət Sahibidir.
42:52 Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
42:53 Göylərdə və yerdə olan hər şeyin sahibi Allahın yoluna... Həqiqətən, bütün işlər Allaha dönər.