بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
43:45 Səndən öncə göndərdiyimiz elçiləri araşdır: "Rəhmandan başqa qulluq/xidmət ediləcək tanrılar qəbul etmişikmi?"
43:46 Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
43:48 Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.
43:49 "Ey sehrbaz, bizim üçün Rəbbinə dua et. Çünki sən Ona daha yaxınsan; biz bundan sonra yola gələcəyik," dedilər.
43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.
43:59 O, özünə yaxşılıq etdiyimiz bir quldan başqa bir şey deyildi. Onu İsrail oğullarına bir örnək etdik.