بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."
43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."
43:65 Partiyalar və məzhəblər (öz) aralarında mübahisə etdilər. Ağrılı-acılı əzaba görə vay zalımların halına.
43:71 Onlara qızıl sinilər və piyalələrlə verilər. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
43:80 Yoxsa, sirlərini və gizli planlarını eşitmədiyimizimi sanırlar? Doğrusu, yanlarındakı elçilərimiz qeyd etməkdədirlər (yazmaqdadırlar).