بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
44:8 Ondan başqa tanrı yoxdur. Dirildir, öldürür. Sizin də, öncəki atalarınızın da Rəbbidir.
44:9 Doğrusu, onlar bir şübhə içində, oynamaqdadırlar (vaxtlarını boşa keçirməkdədirlər).
44:17 Onlardan öncə Fironun xalqını sınamışdıq; Onlara şərəfli bir elçi getmişdi:
44:18 "Ey Allahın qulları, mənə qulaq asın. Mən sizə göndərilmiş etibarlı bir elçiyəm."
44:19 "Allaha qarşı təkəbbür göstərməyin. Mən sizə açıq-aşkar bir dəlillə gəlmişəm."