بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
47:1 İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
47:2 İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.
47:3 Çünki inkar edənlər batilə tabe olmaqda, iman edənlər isə Rəblərindən gələn gerçəyə tabe olmaqdadırlar. Allah insanların vəziyyətini belə sərgiləyər.
47:4 Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.
47:7 Ey iman edənlər, Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyər və ayaqlarınızı sağlam saxlayar.
47:8 İnkar edənlər isə məhv olmağa layiqdirlər; onların işlərini boşa çıxarmışdır.
47:9 Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. O da onların işlərini keçərsiz etmişdir.
47:10 Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Allah onları məhv edib ortadan qaldırmışdır və bu inkar edənləri də eyni aqibət gözləməkdədir.
47:11 Çünki Allah iman edənlərin Qoruyucusudur. İnkar edənlərin isə bir qoruyucusu yoxdur.
47:12 Allah iman edib müttəqi davrananları içlərindən çaylar axan cənnətlərə daxil edər. İnkar edənlər isə heyvanlar kimi yeyib yaşamaqdadırlar və axırda atəşə girərlər.
47:13 Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.
47:14 Rəbbindən bir dəlil üzərində olan, işlədiyi pisliklər özünə gözəl görünən kimi ola bilərmi? Onlar arzularına uymaqdadırlar.
47:15 Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?
47:16 Onlardan bəziləri var ki, səni dinləyərlər. Fəqət sənin yanından çıxınca, özlərinə bilgi verilmiş olanlardan, "Bu, az öncə nə söylədi?" deyə soruşarlar. Bax bunlar, Allahın qəlblərini damğaladığı kimsələrdir və onlar həvəslərinin ardına düşmüşlər.
47:17 Doğru yolu tapanların isə hidayətini artırar və onların müttəqi olmalarını təmin edir.
47:18 Saatın onlara qəflətən gəlməsinimi gözləyirlər? Şübhəsiz onun əlamətləri gəlmişdir. Onlara gəlib çatınca onlara gələn mesajın nə faydası olur?
47:19 Bil ki, Allahdan başqa tanrı yoxdur. Özünün, iman edən kişilərin və iman edən qadınların günahları üçün bağışlanma dilə. Allah sizin bütün hərəkətlərinizi və dayanıb-duracağınız yeri bilir.
47:20 İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,