بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
50:2 İçlərindən xəbərdarlıq edən birinin onlara gəlməsini qəribə qarşıladılar! Kafirlər, "Bu, qəribə bir şeydir," dedilər,
50:4 Yer üzünün onlardan kimi alıb götürdüyünü bilirik. Yanımızda qoruyan bir qeyd (yazı) vardır.
50:5 Halbuki onlar gerçək özlərinə gəldiyi zaman onu yalanladılar; qərarsızlıq içindədirlər.
50:6 Üstlərindəki göyə baxmadılarmı, onu heç bir çatlağı olmadan necə yaratdıq və onu necə süslədik?
50:7 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və cürbəcür gözəl bitkilər.
50:9 Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.
50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.
50:15 İlk yaradılışdan yorulduqmu ki? Doğrusu onlar yeni bir yaradılışdan şübhə içindədirlər.
50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.
50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
50:19 Nəhayət ölüm sərxoşluğu gerçəkdən gəlmişdir; məhz sənin qaçdığın şey budur.