بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
51:43 Səmudda da (bir dərs vardır). Onlara, "Bəlli bir vaxta qədər kefinizə baxın" deyilmişdi.
51:44 Rəblərinin əmrinə qarşı gəldilər. Buna görə gözləri baxa-baxa onları bir ildırım vurdu.
51:50 Elə isə Allaha (tərəf) tələsin. Şübhəsiz mən, Onun tərəfindən sizə göndərilmiş bir xəbərdar ediciyəm.
51:51 Allah ilə birlikdə başqa tanrı qəbul etmə. Mən, Onun tərəfindən sizə göndərilmiş bir xəbərdar ediciyəm.
51:52 Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
51:53 Bunu (belə söyləməyi) bir-birlərinə öyüd-nəsihətmi elədilər? Doğrusu, onlar həddi aşan bir topluluqdur.
51:59 Əlbəttə, bu zülm edənlərin də (keçmiş) yoldaşlarının payına bənzər bir payları vardır.