بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
53:23 Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...
53:28 Onların bu mövzuda bir bilgiləri yoxdur, onlar ancaq zənnə uyurlar. Zənn isə gerçəyin yerini tuta bilməz.
53:29 Mesajımızdan üz çevirən və dünya həyatından başqasını arzulamayan kimsəyə önəm vermə.
53:30 Bax, onların yetişdikləri bigilərinin səviyyəsi budur. Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanı da yaxşı bilir.
53:31 Göylərdə və yerdə nə varsa, Allahındır. Pislik işləyənləri etdiklərinə görə cəzalandıracaqdır və gözəl davrananları da mükafatlandıracaqdır.
53:32 Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.