بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
59:2 O ki, kitab əhlindən inkarçı olanları ilk sürgün üçün ölkələrindən çıxarmışdır. Onların çıxacağını heç gözləmirdiniz. Qalalarının onları Allahdan qoruyacağını sandılar. Ancaq Allah onlara ummadıqları bir yerdən gəldi və qəlblərinə qorxu saldı. Beləcə evlərini öz əlləri ilə və iman edənlərin əlləri ilə yıxırlar. Ey fikir adamları, ibrət alın.
59:3 Allah onları ayrılmağa məcbur etməsəydi, bu dünyada cəzalandıracaqdı. Axirətdə də onlara atəş əzabı vardır.
59:4 Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, Allah ağır bir cəza verər.
59:5 Bir ağacı kəssəniz də, yaxud gövdəsi üzərində buraxsanız da bu Allahın arzusuna görədir. O, yoldan çıxanları alçaldacaqdır.
59:6 Allahın onlardan alıb elçisinə verdikləri üçün, siz at və dəvə sürmədiniz (savaşmadınız); Amma Allah elçisini istədiyinin üstünə göndərir. Allah hər şeyə Qadirdir.
59:7 Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).
59:8 Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.
59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.
59:10 Onlardan sonra gələnlər, "Rəbbimiz, bizi və bizdən öncə iman etmiş olan qardaşlarımızı bağışla; qəlbimizi iman edənlərə qarşı kin bəsləməkdən qoru. Rəbbimiz, Sən Şəfqətlisən, Rəhmlisən," deyərlər.
59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
59:12 Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
59:13 Qəlblərinə, Allahdan daha çox siz qorxu salırsınız. Çünki onlar anlayışsız bir topluluqdur.
59:14 Onlar, yaxşı qorunmuş şəhərlərdə və ya divarların ardında olmaları xaricində bir araya gəlib sizinlə savaşmazlar. Aralarındakı münaqişələri çətindir (şiddətlidir). Onları birlik (halında) sanarsan, halbuki qəlbləri dağınıqdır. Çünki onlar, ağıllarını işlətməyən bir topluluqdur.
59:15 Özlərindən qısa bir müddət öncə keçmiş olanlara bənzəyirlər. Onlar, işlədiklərinin qarşılığını dadmışlar və ağrılı-acılı bir əzaba layiq görülmüşlər.
59:16 Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.
59:17 Hər ikisi də əbədi qalacaqları atəşdə qaldılar. Zalımların cəzası bax belədir.
59:18 Ey iman edənlər, Allahı saya salıb dinləyin. Hər kəs sabah üçün nə hazırladığına baxsın. Allahı saya salıb dinləyin. Allah etdiklərinizdən xəbərdardır.
59:19 Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.
59:20 Cənnət əhli ilə Cəhənnəm əhli eyni ola bilməz; qazananlar ancaq cənnət əhlidir.