بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:1 Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.
6:3 O, göylərdə və yerdə olan Allahdır. Sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilir, qazandıqlarınızı da bilir.
6:4 Rəblərinin ayələrindən bir ayə onlara gəldiyi vaxt, ondan üz çevirməyi adət etmişdilər.
6:5 Onlara gerçək gəlincə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbərləri yaxında onlara gələcək.
6:6 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Sizi məskunlaşdırmadığımız bir şəkildə onları yer üzündə məskunlaşdırmışdıq. Onları nemətlərə boğmuş, ölkələrini də çaylarla əhatə etmişdik. Fəqət günahlarından ötrü onları məhv etdik və onlardan sonra başqa nəsillər yetişdirdik.
6:7 Sənə kağız üzərinə yazılı bir kitab nazil etsəydik və hətta əlləri ilə toxunsaydılar, inkar edənlər: "Bu ancaq açıq-aşkar bir sehrdir!" – deyəcəklər.
6:8 "Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.
6:10 Səndən öncəki elçilər də məsxərəyə qoyulmuşdu. Amma məsxərəyə qoyanları, məsxərəyə qoyduqları gerçək bürüdü.
6:11 De: "Yer üzünü gəzib dolaşın, sonra da yalanlayanların sonu necə olmuş bir görün."
6:12 De: "Göylərdə və yerdə olanlar kimindir?" De: "Allahındır!" Özünə mərhəmətli olmağı lazım bildi. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.
6:17 Allah sənə bir zərər toxundurmuşsa, Ondan başqası onu aradan qaldıra bilməz. Sənə bir yaxşılıq eləmişsə, O, hər şeyə qadirdir.
6:19 Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
6:20 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.