بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
63:4 Onları gördüyün zaman, görünüşləri xoşuna gələr. Danışarlarsa, sözlərini dinləyirsən. Onlar, dikəldilmiş kötüklər kimidir. Hər münaqişəni öz əleyhlərinə sanarlar; onlar gerçək düşməndir; onlardan ehtiyat et. Allah onları məhv etsin; necə də çevrilirlər!
63:5 Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.
63:6 Onlar üçün bağışlanma diləsən də, diləməsən də, eynidir; Allah onları bağışlamayacaqdır. Allah yoldan çıxmış topluluğu doğruya yetişdirməz.
63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.
63:8 "Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.
63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.
63:10 Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.
63:11 Allah sürəsi yetişdiyi zaman heç bir canı təxirə salmaz. Allah etdiklərinizdən Xəbərdardır.